RU

Sudanda vəba epidemiyası can almaqda davam edir! Ölənlərin sayı 1258-ə yüksəlib



Bildirilib ki, Sudanda vəba epidemiyası nəticəsində ölənlərin sayı 1258-ə yüksəlib.
Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə vəbaya yoluxanların ümumi sayının 48 min 598-ə çatdığı bildirilib.

Açıqlamada vəba epidemiyasında həyatını itirənlərin sayının 1258-ə yüksəldiyi qeyd edilib.

Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəliyinə tutulma riski altında olduğunu bildirdi.

BMT-nin Uşaq Fondu (UNICEF) oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

aia.az
Tərcümə şöbəsi



Избранный
25
1
aia.az

10Источники