RU

MDB liderləri toplanır təyyarə qəzasını müzakirə edəcəklər

MDB liderləri Aktauda baş verən təyyarə qəzasını müzakirə edəcəklər. Onlar faciə ilə bağlı başsağlığı verəcəklər.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bütün cari məsələlər müzakirə olunacaq, şübhəsiz ki, liderlər təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verəcəklər. Onlar kiməsə necə kömək edə biləcəkləri barədə fikir mübadiləsi aparacaqlar. Amma təbii ki, ikitərəfli münasibətlər və MDB ilə bağlı məsələlər də müzakirə olunacaq”, - Peskov qeyd edib.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəzadan 32 nəfər sağ çıxıb.

Избранный
10
50
publika.az

10Источники