1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Mozambikin yüksəkrejimli Maçava həbsxanasından təhlükəli cinayətkarin kütləvi qaçışı nəticəsində azı 33 nəfər ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli SABC radiostansiyası məlumat yayıb.
Mozambik polis qüvvələrinin komandiri Bernardino Rafael bildirib ki, həbsxanadan 1534 məhbus, o cümlədən terrorizmdə məhkum olunmuş cinayətkarlar qaçıblar.
Qeyd olunur ki, məhbuslar mühafizəçiləri tərksilah edib, Mozambikin paytaxtı Maputunun yaxınlığındakı eyniadlı Maçava rayonunda yerləşən həbsxananı tərk edə biliblər. Maçavada ən təhlükəli cinayətkarlar saxlanılırdı.
Məhkumların qaçması müxalifətin etirazlarını müşayiət edən böyük iğtişaşlar fonunda baş verib. Etirazlar Mozambikdə seçki komissiyası oktyabrın 9-da ölkədə keçirilmiş prezident və parlament seçkisinin ilkin nəticələrini elan etdikdən dərhal sonra başlayıb.