RU

Qəzada həyatını itirən qusarlı gənc dəfn olunub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan 19 yaşlı Xədicə Əlimirzəyeva Qusarın Suduroba kənd qəbiristanlığında dəfn olunub.

Hafta.az xəbər verir ki, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, kənd sakinləri və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Xədicə ilə birlikdə onun qardaşı Əli də həyatını itirib.

Избранный
2
15
hafta.az

10Источники