Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “Azərbaycan Hava Yolları”na məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını təltif edib.
Bu barədə aia.az-a FHN-dən bildirilib.
Bildirilir ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər “Əməkdaşlığa görə” döş nişanı ilə təltif ediliblər: