RU

Braziliyada AZAL təyyarəsinin qara qutularının deşifrəsi başa çatdı

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Məlumatlandırılması Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin uçuş qeydlərinin (qara qutularının) deşifrəsini başa çatdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın G1 portalına qurumdakı mənbələr məlumat verib.

“İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, – deyə mənbə bildirib

Eyni zamanda, qeyd edilib ki, Mərkəz artıq Qazaxıstanın hakimiyyət orqanlarına müvafiq məlumat göndərib.

Избранный
54
40
editor.az

10Источники