RU

Rusiyaya kütləvi PUA HÜCUMU - Ukrayna Saratovu HƏDƏF ALDI

Rusiyanın Saratov vilayəti və Engels şəhəri gecə saatlarında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Saratov vilayətinin qubernatoru Roman Busargin özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, lakin sənaye müəssisələrindən birinə zərər dəyib:

“Saratov və Engels bu gecə PUA-ların kütləvi hücumuna məruz qalıb. Təhlükəsizliyin təmin olunmasına görə hərbçilərimizə təşəkkür edirəm. Sənaye müəssisələrindən birində ziyan qeydə alınıb. İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili xidmətlər ərazidə fəaliyyət göstərir”.

Bundan əvvəl region rəhbəri bildirib ki, vurulmuş PUA-ların qalıqları Engelsdəki sənaye obyektinə düşüb.

Избранный
97
2
sitat.info

10Источники