Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyədən İrana poladixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 30,4 faiz azalaraq, 39milyon 39 min 17 dollara bərabər olub.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.
“2024-cü ilin dekabr ayında Türkiyə İrana 2 milyon 520 min 6dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2023-cüilin eyni dövri ilə müqayisədə 47,6 faiz azdır”, – deyə nazirlikdənbildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənindünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə8,7 faiz artaraq, 16 milyard 149 milyon 331 min dollara bərabərolub.
“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyon 446 min 369 dollarməbləğində polad ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 7,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024 son 12 ayı ərzində (dekabr 2023 – dekabr2024) Türkiyə 16 milyard 149 milyon 331 min dollar məbləğində poladixrac edib.