RU

Türkiyədən İraqa xalça ixracında artım müşahidə olunub

Bakı. Trend:

2024-cü ilin yanvar – dekabr aylarında Türkiyənin İraqa xalçaixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,6 faiz artaraq,264 milyon 258 min 2 dollara bərabər olub.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə İraqa 20 milyon 880 min 79dollar məbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabrayı ilə müqayisədə 2,6 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyəninxalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz artaraq,2 milyard 867 milyon 477 min dollara bərabər olub.

“Keçən ilin dekabr ayında Türkiyə 247 milyon 411 min dollarməbləğində xalça ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı iləmüqayisədə 3,2 faiz azalıb.” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr2023-dekabr 2024) Türkiyə 2 milyard 867 milyon 411 min dollarməbləğində xalça ixrac edib.

Məqalədə:
Избранный
29
7
az.trend.az

10Источники