RU

"Barselona" İspaniya Superkubokunun finalında

style='margin-bottom:10px;'>

Bu gün İspaniya Superkubokunda yarımfinal mərhələsinə start verilib.

QOL.az xəbər verir ki, 1-ci oyun günündə yalnız 1 yarımfinal görüşü keçirilib.

"Barselona" "Atletik"lə qarşılaşıb. Oyun Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kinq Abdullah Sports Siti" stadionunda olub. Matç Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Barselona" finala adlayıb. 

"Barselona"nın rəqibi yanvarın 9-da müəyyənləşəcək. Belə ki, bu gün "Real" "Malyorka" ilə üz-üzə gələcək. Həmin yarımfinal cütünün qalibi finalda "Barselona"ya rəqib olacaq. 

Qeyd edək ki, İspaniya Superkubokunun final görüşü yanvarın 12-də keçiriləcək.

İspaniya Superkuboku, yarımfinal

8 yanvar

"Atletik" - "Barselona" - 0:2

Qollar: Qavi, 17, Yamal, 52

Избранный
13
28
teleqraf.com

10Источники