RU

Ermənistan hökuməti ehtiyatda olan hərçiləri təlimlərə cəlb edir

Tbilisi, 9 yanvar, AZƏRTAC

Ermənistanda 2025-ci il fevralın 4-dən aprelin 18-dək ehtiyatda olan hərbçilərin təlimləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərar yanvarın 9-da Ermənistan hökumətinin iclasında qəbul edilib. Hazırda təlim-məşq toplanışının məqsədləri, ehtiyatda olan hərbçilərin tərkibi, ümumi sayı, ixtisaslar müəyyənləşdirilir. Təlim-məşq toplanışlarına hər bir vətəndaş 25 təqvim günündən çox olmayan müddətə cəlb edilməlidir. Ehtiyatda olan hərbçilərin hansı məqsədlə təlimlərə cəlb olunmalarının məqsədi barədə məlumat verilmir.

Bəzi ekspertlərin fikrincə, Ermənistan hökumətinin bu qərarı regionda gərginliyin artmasına səbəb olacaq. Çünki Ermənistanın yenidən müharibəyə başlamayacağına heç bir qarantiya yoxdur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
6
5
azertag.az

10Источники