Tarix: 4 Dekabr 2023 23:02
Eyni vaxtda 3 qadını idarə edən kişinin sevgililəri gizli görüşüb dostlaşıblar.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı uşaq bağçasının müdiri Kirsti Hardinq internetdə tanış olduğu və aşiq olduğu 35 yaşlı Paul Sendounun münasibətlərinin ikinci ilində bir telefon zəngi ilə aldadıldığını öyrənib.
Telefonda özünü Chloe kimi təqdim edən gənc qadın Kirstidən Paulun sevgilisi olub-olmadığını soruşub. Kirsti onun sevgilisinin özü olduğunu deyəndə telefondaki qadın da Paulla sevgili olduğunu deyib.
Aldandıqlarını anlayan iki qadın bir-birlərinə gizli mesajlar göndərib və Pauldan necə ayrılacaqları barədə plan hazırlamağa başlayıblar.
Birlikdə yaşadıqları evin qapısının qıfılını dəyişərək anası ilə qalmağa gedən Kirsti Paula zəng edərək, ona hər şeyi bildiyini deyib və ondan ayrılıb.
Tərk edilməyi özünə sığışdıra bilməyən kişi Kirstini bıçaqla hədələyib.
Məsələ ilə bağlı polis bölməsinə aparıldıqda hər iki qadını şoka salan daha bir fakt üzə çıxıb.
Paulun həyatında başqa bir qadın daha var imiş.
Paul dörd illik qanuni gecikmələrdən sonra günahını etiraf edən Sandou Nyukasl Crown Məhkəməsi tərəfindən şərti həbs cəzasına məhkum edilib.
Eyni adam tərəfindən aldadılan Kirsti Hardinq, Chloe Allan və Kylie Hubbard bu prosesdə bir-birlərinə dəstək olmaqla yanaşı, həm də yaxın dost olublar.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта