RU

Cənubi Koreya İsrailin PUA aşkarlanması sistemini almağı düşünür -Foto

Cənubi Koreya İsrailin PUA aşkarlanması sistemini almağı düşünür -Foto

Cənubi Koreyanın silahlı qüvvələri pilotsuz uçan aparatların aşkarlanması üzrə İsrail istehsalı sistemini almağı düşünür.

Qazet.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Agentlik bildirib ki, söhbət “Rafael Advanced Defense Systems” tərəfindən hazırlanmış “Sky Spotter” sistemindən gedir. O, dronlar, şarlar və uçurtmalar da daxil olmaqla hava obyektlərinin erkən aşkarlanması və izlənilməsi üçün nəzərdə tutulub.

Qeyd olunub ki, belə bir addım 2022-ci ilin dekabr ayının sonunda beş Şimali Koreya dronunun ölkəyə daxil olmasından sonra Cənubi Koreyanın Müdafiə Nazirliyinə yönəlmiş sərt tənqidləri fonunda atıla bilər.

Agentliyin həmsöhbətinin sözlərinə görə, hərbçilərin satın alma təklifi ilə hökumətə müraciət edib-etməyəcəyi ilə bağlı qərar yaxın həftələrdə veriləcək.

Cənubi
Избранный
228
44
qazet.az

10Источники