Azərbaycan Premyer Liqasında 2023-cü ilə yekun vurulub.
Futbolpress.az xəbər verir ki, 2022/23 mövsümünün ikinci, 2023/24 mövsümünün ilk yarısında ümumilikdə 180 oyun keçirilib. Bu müddətdə 11 komanda Premyer Liqada mübarizə aparıb.
“Şamaxı” ötən, “Araz-Naxçıvan” cari çempionatda 18 görüşə çıxıb. Digər komandalar 36 qarşılaşmada iştirak edib.
İlin ən yaxşı komandası “Qarabağ”dır. Ötən mövsümün çempionu və cari çempionatın lideri il ərzində hamıdan çox – 25 qələbə qazanıb, hamıdan çox – 88 qol vurub və 81 xalla ən yaxın izləyicilərini 21 xal qabaqlayır.
“Sabah” il ərzində topladığı 60 xalla ikincidir. “Neftçi” isə üçüncü sırada qərarlaşıb.