Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə MediaPost-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.