RU

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmaları Avropa çempionatına Türkiyədə hazırlaşır

Bakı, 9 yanvar, AZƏRTAC

Ağırlıqqaldırma üzrə kişilər və qadınlardan ibarət Azərbaycan milli komandaları Türkiyədə təlim-məşq toplanışına start verib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, toplanışın məqsədi fevralın 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı, eləcə də digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir.

Məşqlər Türkiyənin müvafiq yığma komandaları ilə birlikdə təşkil olunur. Kişilərdən ibarət yığma Maxtı Makkayevin rəhbərliyi altında Çorum şəhərində, qadınlardan ibarət yığma isə Sərdar Həsənovun başçılığı ilə Ankarada hazırlaşırlar.

Qeyd edək ki, toplanış yanvarın 25-nə kimi davam edəcək.

 

Избранный
352
5
azertag.az

6Источники