RU

Azərbaycanın taleyi etibarlı əllərdədir

Gəncə şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Gəncə şəhərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvləri - partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək partiyamızın bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini bildiriblər.  

Qeyd edilib ki, Azərbaycan tarixində heç zaman Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli olmayıb. 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir. Bu gün qalib Azərbaycan suverenliyini tam bərpa etmiş ölkə kimi müasir tariximizin yeni dövrünü yaşayır. Ötən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması milli dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Dövlətimizin siyasi həyatında ən vacib hadisəyə – prezident seçkiləri gününə mətin addımlarla gedən xalqımız həmişə olduğu kimi, bu dəfə də taleyüklü məsələdə – demokratik və azad prezident seçkisində hamılıqla iştirak edəcək, öz layiqli rəhbəri olan qalib Liderini – cənab İlham Əliyevi seçəcək.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqəsinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.

Избранный
246
39
yeniazerbaycan.com

10Источники