RU

Pezident seçkiləri müasir Azərbaycanın tarixinə qızıl hərflərlə düşəcək"

"Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri müasir Azərbaycanın tarixinə qızıl hərflərlə düşəcək”. 

Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri, tibb elmləri doktoru, dosent Nuran Abdullayev deyib.

“Tarixi zərurət kimi qiymətləndirdiyim növbədənkənar prezident seçkiləri milli kimliyini bərpa etmiş xalqın iştirak etdiyi ilk prezident seçkiləri olacaq. Suverenliyimizin tam bərpası seçkilərin millətimiz üçün mənəvi dəyərini artırır” - deyə N. Abdullayev əlavə edib.

Nuran Abdullayev bildirib ki, tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra müasir Azərbaycanın yeni dövründə keçirilən ilk prezident seçkilərinin nəticəsindən sonra ölkəmiz dünyaya bir günəş kimi doğacaq.

Избранный
223
39
avtosfer.az

10Источники