RU

Ötən il Ali Məhkəmədə baxılan kommersiya işlərinin sayı açıqlandı

2023-cü ildə Ali Məhkəmənin Kommersiya kollegiyasında baxılan işlər 36,2 faiz artıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2023-cü ilin yekunlarına dair iclasında Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva məlumat verib.

Onun sözlərinə görə, 2023-cü ildə Kommersiya kollegiyasının icraatında olan 801 işdən 768 iş kommersiya mübahisələri üzrə, 33 iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub.

Kollegiya sədri deyib ki, icraatda olmuş 768 işdən 569 işə mahiyyət üzrə baxılıb, həmin işlərdən 447 işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 119 iş üzrə məhkəmə aktı ləğv edilib, 3 iş üzrə isə kassasiya icraatına xitam verilib.

Избранный
203
6
e-huquq.az

10Источники