RU

Bakıda tələblərə cavab verməyən nə qədər marşrut avtobusu var?

Avtobuslar ən çox sərnişin daşınan ictimai nəqliyyat vasitəsidir.

Valyuta.az xəbər verir ki, bunu Trend-in ictimai nəqliyyatın hazırkı vəziyyəti, köhnə və standartlara cavab verməyən avtobuslar, sərnişinlərin narazılığı ilə bağlı suallarını cavablandırarkən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

"Hazırda bu sahədə mövcud vəziyyət sərnişinlərlə yanaşı, bizi də narahat edir. Bu gün Bakıda 100-ə yaxın marşrut üzrə müasir tələblərə cavab verməyən avtobus fəaliyyət göstərir. Bu avtobusların bəziləri istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var", - o qeyd edib.

A.Rzayevin sözlərinə görə, xüsusən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən texniki tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermirlər:

 

"Bu avtobusların iştirakı ilə qəzalar, yanma halları baş verir. Bir müddət əvvəl sərnişin avtobusunun yaşayış evinin damına çıxmasını, yəqin ki, xatırlayırsınız. Bu kimi hallar nəticəsində vətəndaşlar fərdi nəqliyyat vasitələrinə üz tutmağa məcbur olurlar.

İctimai nəqliyyatın bütün komponentləri bir-biri ilə bağlıdır və əlaqəlidir. Hansısa yenilik bütün komponentlərə təsir edir. Buna görə də bu sahədə islahatlar aparılarkən məsələyə kompleks yanaşırıq. Biz dayanıqlı ictimai nəqliyyat xidmətlərinin təmin edilməsi üçün dövlət dəstəyi mexanizminin yaradılması üzərində çalışırıq.

Nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsiz və effektiv idarəetmə tədbirləri, sərnişinlərin rahatlığının təmin edilməsi əsas məqsədimizdir. Bu məqsədlə tərəfimizdən yeni dayanıqlı maliyyə modeli hazırlanıb və yaxın vaxtlarda tətbiqinə başlanılacaq".

Избранный
234
50
valyuta.az

10Источники