RU

"Neftçi” azarkeşləri rəqib futbolçuları təhqir etdi, klub cərimələndi

Bakı. Trend:

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Premyer Liqanın 22-ci turununoyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbulolunub.

“Kəpəz” – “Səbail” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqəaldığına görə klub 700 manat cərimə edilib. “Kəpəz” klubununfutbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci“sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500manat cərimə edilib.

“Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manatcərimə edilib.

"Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində meydansahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görəbirbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıv,“Araz-Naxçıvan” 1500 manat cərimə edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700manat cərimə edilib.

"Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanınakütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi”klubu 1000 manat cərimə edilib.

Избранный
204
11
az.trend.az

10Источники