RU

Mətanət: "Anam hər 4 qızına bir evin qiymətinə cehiz alıb, verib" - VİDEO

"Mən tək olduğuma görə anam illərlə mənimlə qalıb. Atam xəstələnəndən sonra ona baxmaq lazım idi. Qızı Ülkər də ərə gedib Azərbaycandan Türkiyəyə köçdü. Bundan sonra mən lap tək qaldım. O ərəfədə atam gəldi mənimlə yanıma, anam da bacım Sədaqətlə qaldı, çünki ona da kömək lazım idi. Ana oldun belədir də... Valideynlərimiz bilmirdilər hansımıza yetsinlər".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu "Evdəkilərə salam" verilişində deyib.

Sənətçi bildirib ki, anası Həqiqət xanım hər 4 qızına bir evin qiymətinə cehiz alıb, verib:

"Bizim bir dənə də qardaşımız var. Qardaşım evlidir, gəlinimiz də var. Gəlin amma heç zaman öz doğma qızın kimi valideynlərə baxa bilməz. Biz ailədə 4 bacı və 1 qardaşıq. Ona görə də valideynlərimizə biz qızlar baxmışıq, amma gəlin baxmayıb. 

Anamızı atamızı gəlinə baxmağa etibar etməmişik. Mənim anam hər qızına bir evin qiymətinə cehiz (mebel nəzərdə tutur - red.) alıb. Sovet dövründə "çexski" mebellər tapmaq olmurdu, qiyməti də çox baha idi".
Qeyd edək ki, Mətanət İsgəndərli 2 il əvvəl yanvarın 21-də atasını itirib.
 

Rəşad Əliyev, Bizim.Media
 
Избранный
389
50
bizim.media

10Источники