Dünya bazarında neft Fələstin-İsrail münaqişəsinin hazırkı gərginləşməsi fonunda 4 faiz ucuzlaşıb. Ulusal.az xəbər verir ki, beynəlxalq birjalardan gələn məlumata görə, Brent markalı neft 0,6 faiz və ya 56 sent ucuzlaşaraq 87,59 dollar/barelə bərabər olub. West Texas Intermediate gilinin bir barreli isə 0.56 dollar və ya 0,6 faiz ucuzlaşaraq 85,82 dollar/barelə düşüb.
Qeyd edək ki, hazırda bazar Fələstin-İsrail münaqişəsinin indiki gərginləşməsində İranın iştirakının təsdiqlənib-təsdiq olunmayacağını gözləyir. Bu təsdiqlənərsə, ABŞ İran neftinə qarşı sanksiyalara ciddi şəkildə əməl etməli olacaq ki, bu da bazara əlavə impulslar verəcək.