RU

ING Azərbaycanda inflyasiya proqnozunu azaldıb

Niderlandın "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 4,4 %, 2025-ci ildə 5,5 % olacağını proqnozlaşdırır.

Valyuta.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı proqnozlarda məlumat verilib . Bu il və gələn il üçün açıqlanan yeni proqnoz fevral ayında açıqlanan proqnoza nisbətən 0,1 faiz bəndi azdır.

Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,8 %, ikinci rübdə 1,8 %, üçüncü rübdə isə 4,2 % səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını gözləyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5,9 % təşkil edəcək, 2025-ci ildə 3,9 %-dək azalacaq.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4,7 %-ə qədər azalacağını, 2025-ci ildə 5 % olacağını proqnozlaşdırır.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 5,8 %, 2025-ci ildə 5,2 % təşkil edəcək.

Избранный
343
8
valyuta.az

10Источники