RU

Ən yaxın dostum məni Qazaxıstana aparıb aldadıb, sonra da... - Xatun

"Düşünürəm ki, bəzi uğursuzluqlarım bəzi insanlara qoşulmağıma görədir. Hətta o insanlar cəmiyyətdə biri tanınmışdırsa, digəri qeyri tanınmışdır. Mən o insanlarla 25 yaşından yaxınlıq edirdim. Onunla heç kim "yola" getmirdi, amma mən gedirdim. Özümə sual verirəm, niyə getmişəm  və bu mənə lazım idi? Onun həm xeyrini, həm də ziyanını görmüşəm".

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu "Düzünə qalsa" verilişində deyib.

Sənətçi bildirib ki, sənət camiyəsindən dostluq etdiyi bir həmkarı onu biabır etmək istəyib.
"Kimsə mənə sual verirdi ki, "Xatun sən bu insanla necə "dolanırsan"?" Bilmirəm... Ya mənim özümdə problem olub...  Hərdən isə düşünürəm ki, bəlkə məndə o insanın tayı olmuşam ki, onunla "yola" getmişəm. Və ya şou-biznesdə elə müğənni var ki, hamı ondan ehtiyat edir. Mən isə onunla ünsiyyət yarada bilmişəm. Ona çox inanmışam, sevmişəm və bütün sirrlərimi bölüşmüşəm. Hətta ona kassamda olan pulun miqdarına qədər demişəm...
O insana gələcək planlarımı danışmışam. Sonra isə çox böyük peşmançılıqlar çəkmişəm. Həmin insan məni loru dillə desək "Heç kimin abırını aparma, çünki sənin də apararlar"... Həyatda ən böyük günah cinsindən asılı olmayaraq onun abırı aparmaqdır və "heç" etmək, şəxsiyyətə toxunub aşağalamaq istəməkdir".
Xatun dost xəyanətindən də söz açıb. Müğənni bildirib ki, işçisi və yaxın dostu reytinq xətrinə onu özgələrə "sataraq" xəyanət edib: "Stilist qardaşım Balaş dünyasını dəyişəndın sonra mənə yaxın olan dostlarım o qədər mənə xəyanət etdilər ki,... Mənə ən yaxın bildiklərim xəyanət etdilər. Buradan məni Qazaxıstana aparıb aldadıb, pulumu əlimdən aldı. Ailəmi etibar etdiyim, illərlə ona köməkliklər etdiyim və özümə ən yaxın bildiyim dostum, işçim reytinq xətrinə məni satdı. Onda da mən böyük travma aldım".

Избранный
237
3
qlobal.net

10Источники