RU

Gülnarə Xəlilovanın kolleksiyası nümayiş olunacaq

Tanınmış dizayner Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası Qazaxıstanda nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, Gülnarə Xəlilovanın "Kolaj" kolleksiyası oktyabrın 19-da Qazaxıstanın Aktau şəhərində "Tengrii Fashion Week Kazakhstan" tədbiri çərçivəsində təqdim olunacaq.

Qazaxıstan, Türkmənistan və Özbəkistandan olan dizaynerlər də kolleksiyalarını təqdim edəcəklər.

Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.


Müəllif: Teleqraf.com
Избранный
216
7
teleqraf.com

8Источники