Xarkovda gərgin vəziyyət: yeni komandir təyin edildi
Rusiya qoşunlarının Xarkov vilayətinin şimalına hücumu fonunda Ukrayna Silahlı Qüvvələrinin "Xarkov” əməliyyat qrupunun komandiri Yuri Qaluşkin vəzifəsindən uzaqlaşdırılıb. Aktual.az xəbər verir ki, bu barədə "Xortiça” əməliyyat-strateji qoşun birləşməsindən məlumat verilib.
Məlumata görə, bu vəzifəyə briqada generalı Mixail Drapatıy təyin olunub.
Mixail Drapatıy eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində qalacaq.
Qeyd edək ki, mayın 10-dan etibarən rus ordusu Xarkov vilayəti istiqamətində fəal hücuma keçib. Döyüşlər nəticəsində ruslar vilayətin 9 kəndini ələ keçirib. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski həmin istiqamətdə vəziyyətin ağır olduğunu da etiraf edib.