Qiymətləndirmə prosedurlarına artıq rəqəmsallaşma da daxil olub.
“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanları mərhələsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gələcəkdə imtahanların daha şəffaf keçirilməsinə kömək edəcək: "İctimai nəzarət bizim üçün çox vacibdir. Əlbəttə bu, asan proses deyil".
DİM sədri bəzən elektron qeydiyyatdan keçməkdə çətinliklərin olması ilə bağlı müraciətlərin daxil olduğunu deyib: "Bu, o qədər də çətin deyil. Çünki proses tamamilə elektrondur. Əlbəttə ali məktəbə hazırlaşan şəxs məsuliyyətli olmalıdır".