RU

Azərbaycan millisinin Avropa çempionatında oyunlarının təqvimi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın minifutbol millisinin oyunlarının təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, yığmamız ilk oyununu iyunun 2-si, saat 13:00-da Belçika millisinə qarşı keçirəcək.

Komandamızın növbəti görüşü iyunun 3-ü saat 19:00-da İtaliyaya qarşı olacaq

Son olaraq Elşad Qulyevin yetirmələri iyunun 4-ü Fransa ilə qarşılaşacaq. Matçın start fiti saat 19:00-da səslənəcək.

Избранный
132
14
sportinfo.az

10Источники