RU

“Qroza“ və “Çayka“lar vurulub? - Kiyev qeyri-adi texnikaları məhv etdiyini iddia edir

Cəbhə xəttinin cənub istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri rus işğalçılarının onlarla silah və texnikasını məhv ediblər. News365.az  xəbər verir ki, bu barədə Cənub Müdafiə Qüvvələri məlumat yayıb. Qeyd edilir ki, vurulan texnikalar arasında qeyri-adi qurğular da olub. Bu, Belarusiyada hazırlanmış müasir rabitə və radionəzarət qurğusu olan “Qroza” Radio Elektron Mübarizə(REB) stansiyasıdır.

Cənub Müdafiə Qüvvələrinin məlumatına görə, son 24 saat ərzində Dnepr və Orexovsk istiqamətlərində rusların 42 silah və hərbi texnikası məhv edilib: "Onların arasında “Çayka” komanda-qərargah maşını və “Qroza” müasir radioelektron mümübarizə stansiyası var. Düşmən həmçinin 8 artilleriya sistemi, bir top, bir minaatan, 17 ədəd zirehli texnika, iki “Starlink” stansiyası, iki radiolokasiya stansiyası, bir videomüşahidə kamerası, iki PUA və kater, dörd ədəd xüsusi texnika itirib. Bundan əlavə, yanacaq-sürtkü materiallarının saxlanması məntəqəsi, müşahidə məntəqəsi, səhra döyüş sursatlarının tədarükü məntəqəsi, atəş yeri və sığınacaqlar da məhv edilib."

R-145BM "Çayka" BTR-60PA zirehli personal daşıyıcısının bazası əsasında yaradılmış sovet komanda-qərargah maşınıdır. R-145BM-nin əsas məqsədi mobil idarəetmə məntəqələrində radio rabitəsini təşkil etməkdir. O, orta dərəcədə ərazilərdə etibarlı ikitərəfli rabitəni təmin etməyə qadirdir.

R-934UM2 və ya "Qroza-6"  "KB Radar" ASC tərəfindən hazırlanmış Belarusiyanın rabitə və radio idarəetmə stansiyasıdır. "Qroza" elektron müharibə sistemləri və vasitələrinin bir hissəsi kimi yaradılıb. Sabit tezliklərdə işləyən VHF (ultra-qısa dalğa) radio rabitə xətlərinin axtarışı, aşkarlanması və radiobağlantı, iş tezliyinin adaptiv və proqramlı tənzimlənməsi üçün nəzərdə tutulub.

2023-cü ildə "Voenniy kuryer" bu mpövzuda yazarkən  Belarusun ən yeni elektron döyüş stansiyası sayılan "Qroza-6"nın  Krım ərazisində aşkarlandığını qeyd etmişdi. Maraqlıdır ki, bu qeyri-adi stansiyanın rəsmi olaraq yalnız Belarus, BƏƏ, Liviya və Azərbaycan ordusunda olduğu bildirilir. Rusiya isə bu siyahıda yer almayıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural


Избранный
202
50
news365.az

10Источники