RU

Yeni qərarlar bəzi problemləri ortaya çıxaracaq -

"Belə düşünürdülər ki, verilən qərarlar nəticəsində taksilərin sayının azaldılması vətəndaşlara fayda verəcək. Amma son vaxtlar alınan mesajlar onu göstərir ki, qiymətlər iki dəfə bahalaşıb".Bu sözləri Metbuat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, bu hal aztəminatlı insanlar üçün sıxıntı yaradır:"Bunu o yerdə etmək daha effektli olur ki, ictimai nəqliyyat sektorunda tam qayda-qanun var, yüksək səviyyədə xidmət sistemi qurulub. Bizdə bu məsələdə sıxıntılar var. Metrodan başqa, avtobusların da hərəkət marşrutu ləngiyəcək. Yolların darlığına görə, avtobus yollarını yalnız cərimələrlə qorumaqdan başqa çarə qalmır". Deputat qeyd edib ki, belə bir vəziyyətdə böyük problemlər ortaya çıxa bilər:"Xüsusilə də vətəndaşların harasa gedib-gəlməsində sıxıntılar yaşana bilər. Qiymətlərdə mübahisələr yaranacaq. Bunu həll etmək lazımdır. Taksilərlə bağlı qərarlar həm də maşınların kütləvi şəkildə ucuzlaşmasına, satışa çıxarılmasına gətirib çıxaracaq. Bu da yoxsulluq səviyyəsinin artmasına səbəb ola bilər. Ona görə də, məsələyə hərtərəfli baxmalıyıq. Vətəndaşı bu problemlərdən qorumağa çalışmalıyıq".Qeyd edək ki, 1 iyuldan etibarən, istehsal tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin, qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.Sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Seyranə Quliyeva / Metbuat.az

Избранный
234
50
metbuat.az

10Источники