Avro-2024-də bu gün 1/4 finalın son oyunları keçirilir.
QOL.az xəbər verir ki, günün ilk matçında İngiltərə və İsveçrə milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan İngiltərə (5:3) yarımfinala yüksəlib.
Günün son matçında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Fransalı referi Klement Turpinin idarə edəcəyi matç saat 23:00-da başlayacaq. Türkiyə millisi 1/8 finalda Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.
Bu oyunların qalibləri yarımfinalda bir-birinə rəqib olacaqlar.
Xatırladaq ki, ötən gün keçirilən iki oyundan sonra İspaniya və Fransa yarımfinala yüksəlib.
6 iyul
Avro-2024
1/4 final
23:00. Niderland - Türkiyə - 0:1 (Birinci hissə)
Qol: Akaydın, 35
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.
20:00. İngiltərə - İsveçrə - 1:1 (Penaltilər seriyası - 5:3)
Qollar: Embolo, 75 (0:1), Saka, 80 (1:1)
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf, "Esprit Arena".
5 iyul
İspaniya - Almaniya - 2:1
Portuqaliya - Fransa - 0:0 (penaltilər seriyası - 3:5)