RU

"Sumqayıt" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirib

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt” heyətini gücləndirib. Komanda braziliyalı Fernando Medeirosun keçidini rəsmiləşdirib.

28 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb. Fernando son mövsümü “Eqnatiya”da (Albaniya) keçirib. O, "Sumqayıt"da 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Braziliyanın “Santos” klubunun yetirməsi olan Fernando Medeiros karyerası boyunca bu klubla yanaşı “Botafoqo”, “Vila Nova”, “Bahia”, “Portimonense”, “Eqnatiya” kimi klubların şərəfini qoruyub.

Избранный
113
14
cbcsport.az

10Источники