RU

Yenə "qırmızı şeytanlar"...

Bu gün Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

"Football-plus.az" xəbər verir ki, bu mərhələnin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda "Qarabağ"ın rəqibi oub.

Cəbüllütariq təmsilçisi ötən həftə Maltadakı səfər matçında 1:0 hesabı ilə qələbə qazanmışdı. Bugünkü görüşün isə əsas vaxtı "Hamrun"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 89-cu dəqiqədə Vitao vurub. Əlavə vaxtda qol olmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (5:4) "Linkoln" 2-ci təsnifat mərhələsinə yüksəlib və "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsində ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görününü Bakıda (30 iyul) keçirəcək. Hazırda Ağdam təmsilçisi Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışındadı.

Избранный
46
1
football-plus.az

5Источники