RU

Dünya Qadın Seriyasının Quba mərhələsinə start götürəcək

Bu gün 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsinə start veriləcək. Sport24.az  xəbər verir ki, turnirdə 8 kollektiv 2 qrupda çıxış edəcək.
 
A qrupunda Azərbaycan təmsilçisi "Baku Flames", Avstraliya, Niderland və Çinin U-24 milliləri mübarizə aparacaq.
 
B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.
 
Qeyd edək ki, görüşlər iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu saat 16:30-da "Baku Flames" klubu ilə Niderland arasında baş tutacaq.

Избранный
44
9
sport24.az

10Источники