Fransa millisinin və “Aston Villa”nın yarımmüdafiəçisi Mussa Diabi karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə Fabrizio Romano məlumat yayıb.
“Əl-İttihad” transfer üçün artıq “Aston Villa” ilə anlaşıb. Səudiyyə Ərəbistanı təmsilçisi Diabiyə görə "Aston Villa"ya 60 milyon avro + bonuslar ödəyəcək. Futbolçunun özü isə "Əl-İttihad"la 5 illik müqavilə imzalamağa razılıq verib.
Mussa Diabi əvvəllər "Bayer", "Krotone" və PSJ-də çıxış edib. Keçən mövsüm Premyer Liqada 38 matçın hamısında iştirak edib, 6 qol vurub və 8 qolun ötürməsini verib.