RU

İtaliyanın Azərbaycandakı səfiri ölkəmizlə birgə layihələri müzakirə edib

Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun İtaliyanın Azərbaycana təyin olunan yeni səfiri Luka Di Canfrançesko ilə görüşündə bir sıra ikitərəfli məsələlər, Fondun İtaliyada həyata keçirdiyi layihələr müzakirə edilib.

 

Bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

 

Bildirilib ki, danışıqlar zamanı ölkəmizin bu il COP29-a ev sahibliyi etməsi diqqət mərkəzində olub. COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri, o cümlədən gələcəkdə İtaliya tərəfi ilə Heydər Əliyev Mərkəzində həyata keçirilməsi nəzərdə tutulan mədəni layihələr nəzərdən keçirilib.

Tarix: 24 İyul 2024, 06:53   
Избранный
146
28
pravda.az

10Источники