İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah iyulun 28-də səhər saat 10-da keçiriləcək.
Bizim.Media xəbər verir ki, İSNA agentliyi məlumat yayıb.
Bildirilib ki, təntənəli andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, dövlət məmurları, hərbçilər, universitet rektorları, xarici ölkələrin səfirləri də iştirak edəcəklər.
Məlumata görə, mərasim iyulun 30-u saat 16:00-da parlamentin binasında baş tutacaq və İran televiziyaları ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, İranda növbədənkənar prezident seçkilərinin birinci turu iyunun 28-də, ikinci turu isə iyulun 7-də keçirilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта