RU

“Bəbirləri mühafizə edək!” ekoloji yay düşərgəsi keçirilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi üzrə “Bəbirləri mühafizə edək!” adlı növbəti ekoloji yay düşərgəsi Lənkəran rayonunda keçirilib.

Gənclər Fondunun mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, IDEA İctimai Birliyi, Gənclər Fondu, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən düşərgəyə Lənkəran, Masallı və Astara rayonlarından ümumilikdə 30 məktəbli qoşulub.

“Bəbirləri mühafizə edək!” yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühitlə bağlı maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər Qafqaz bəbirinin qorunması, insan və ətraf mühit mövzularında seminarlarda, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalarda, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Qeyd edək ki, hazırda Azərbaycanda Hirkan ərazisində 15 fərd Qafqaz bəbiri yaşayır.

DOĞRU.AZ

image-17220665223445416700_1200x630 image-1722066522407046148_1200x630 image-1722066522831036927_1200x630 image-17220665222048835133_1200x630 image-1722066522584096789_1200x630 image-17220665222394240231_1200x630 image-1722066522173045577_1200x630 image-17220665226449626678_1200x630 image-17220665221504827660_1200x630

Избранный
82
14
dogru.az

10Источники