Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin yarımfinal oyunu baş tutub.
Sportal.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıblar. Oyuna fəal başlayan millimiz rəqib üzərində 66-49 hesablı qələbəyə sevinib.
Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib.
Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar. Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq.