RU

Yığmamız qitə birinciliyinin həlledici matçında oynayacaq

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa Çempionatının C divizionunda növbəti oyununu keçirib.

Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.

Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.

U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.

Избранный
55
1
cbcsport.az

10Источники