Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa Çempionatının C divizionunda növbəti oyununu keçirib.
Anar Sarıyevin baş məşqçisi olduğu yığma Albaniyanın Elbasan şəhərində keçirilən turnirin yarımfinal mərhələsində meydan sahibləri ilə üz-üzə gəlib.
Rəqibini 62:41 hesabı ilə üstələyən komandamız finala yüksəlib.
U-18 həlledici görüşdə Lüksemburq - Ermənistan duelinin qalibi ilə qarşılaşacaq.