RU

Paris-2024: Azərbaycan boksçusu yarımfinala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Aybek Oralbayla üz-üzə gəlib.
 
Rəqibinə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
 
Dominqes finala gedən yolda ispaniyalı Enmanuel Reyes Pla ilə qarşılaşacaq. Görüş avqustun 4-də gerçəkləşəcək.
 
Qeyd edək ki, dəri əlcək ustası 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Kruzu (Kuba) məğlub etmişdi.
Избранный
78
49
moderator.az

10Источники