RU

Tromb nədir və ondan necə qurtulmaq olar? - MÜSAHİBƏ

Son illərdə əhali arasında trombla bağlı problemlərə geniş rast gəlinir. Bəs sözügedən xəstəlik nədir, necə əmələ gəlir? Trombla bağlı bizi maraqlandıran sualların cavabını Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov Moderator.az-a danışdı: 
 
 
— Tromb nədir?
 
— Tromb damarın tıxacıdır. Trombun əmələ gəlməsi üçün damarda 3 faktor var. Onlardan biri qan  axan damarın içindəki sürətin azalması, ikincisi, qanın qatılığının artmasıdır. Qan nə qədər qatıdırsa, bir o qədər də tromblaşmağa meyllidir. Üçüncü faktor isə divarda olan hər hansı kələ-kötürlükdür. Yəni hamar damarın içində qan daha tez axar, kələ-kötür damarın içində qan daha zəif axar və tromblaşar. Tromb qanın qatılaşması, tıxacın əmələ gəlməsi deməkdir.
 
— Ən çox hansı damarda tromba rast gəlinir?
 
— Tromblar həm venalarda, həm də arteriyalarda əmələ gələ bilər. Ümumiyyətlə, sıxlığına görə arteriyalarda tromblar daha çox əmələ gəlir. Çünki trombun əmələ gəlməsində damar divarının kələ-kötürləşməsi dediyimiz faktor bir xəstəlik olaraq ateroskleroz deyilən xəstəlikdir. Bu arteriyalarda daha çox əmələ gəlir. Ona görə də birinci yerdə ürəyin tac damarları, sonra da yuxu damarları gəlir. Venalara gəlincə,  birinci yerdə aşağı ətrafların venalarıdır.
 Qadınlarda damarda tromb daha cox rast gəlinir. Estetik cəhətdən gözəl görünmədiyi üçün trombla bağlı daha çox qadınlar həkimə müraciət edirlər. Yəqin ona görə deyirlər ki, bu xəstəlik daha çox qadınlarda olur.
 
— Diaqnoz necə qoyulur?
 
Xəstəliyin diaqnozunun qoyulması çox rahatdır. Hazırda USM, tomoqrafiya, MRT, rentgen kimi fərqli-fərqli üsullar var. Bunların heç birinə ehtiyac olmadan sadə bir doppler müayinə diaqnozu qoymaq mümkündür. Trombun orda əmələ gəlib, daha yuxarıya gedib-getmədiyini təbii ki, tomoqrafiya ilə təyin etmək olar. Amma sırf aşağı ətrafların venozların diaqnozu doplerlə qoyulur.
 
— Müalicə üsulları hansılardır?
 
— Bunlar trombun dərin yoxsa səthi venalarda olmasına görə dəyişilir. Səthi venalarda, təbii o damar artıq sıradan çıxıbsa və insan fiziologiyasında bir rolu yoxdursa, artıq o venanı çıxarırlar. Hazırda insanın ayağını əməliyyat edib həmin venanı çıxarmaq metodu ilə yanaşı, o venanın içini lazerlə yandırmaq metodu da icra olunur. Məqsəd odur ki, venanın içinə qan gəlməsin, vena incə bir sapa dönsün və dəri altında itib getsin. Dərin venoz çatışmazlıqlarda xəstə dərin venaların trombozu ilə bağlı müraciət edirsə, bu, daha ciddi hal sayılır. Birmənalı olaraq trombları qan durulaşdırıcılar vasitəsilə, kataterlərlə aspirasiya etməklə, içinə qan durulaşdıcırı dərmanlar vurmaq vasitəsilə müalicə olunurlar. Amma təəssüf ki, uzun müddətli venoz çatışmazlığın hələ ki, təbabətdə köklü müalicəsi yoxdur.
Dərin venaların trombları ölümə səbəb olur!!!
Onlardan biri də ağciyər emboliyasıdır, yəni laxtanın qopub ağciyər arteriyalarına ötürülməsi. Bu, ürək-damar xəstəliklərindən ölmə səbəbləri arasında üçüncü yerdə durur. Çox ciddi bir ağırlaşmadır.
 
Bir neçə xəstə qrupu var ki, onlar ağciyər emboliyasına (trombuna) meyllidirlər. Ümumi desək, kimin aşağı ətraflarındakı dərin venalarda, böyük magistral venalarında tromb varsa, onlar pulmonar emboliya probleminə namizəddirlər. Amma bu hər xəstədə də olmur. Daha çox yataq rejimində olan xəstələrdə, müalicə almayan xəstələrdə, onkoloji yataq xəstələrində bunun emboliyaya çevrilmək riski daha yüksəkdir.
 
 
Vüsalə İbrahimli
Избранный
184
45
moderator.az

10Источники