RU

Güləşçimiz Paris-2024-də yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda qazaxıstanlı Alimxan Sızdıkovla qarşılaşıb. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Şəriəti yarımfinala yüksəlib.

Təmsilçimiz finala gedən yolda kubalı Mixain Lopes Nunyeslə üz-üzə gələcək. Görüş bu gün, saat 23:00-da başlayacaq.

Избранный
26
5
cbcsport.az

5Источники