RU

AB İlon Maska təzyiq edir- "Trampın müsahibəsinə senzura qoyulmasa..."

Image

Çingiz Özgür: “AB-ın bu məktubu birbaşa Trampa qarşıdır” 

“X” sosial şəbəkə platformasının sahibi, milyarder İlon Maskın ABŞ prezidentliyinə namizəd Donald Trampdan götürdüyü müsahibə dünyada geniş müzakirə olunur. Xarici medianın yaydığı məlumta görə, bu müsahibəni bir milyarda yaxın insan izləyib və bu, rekord göstərici hesab olunur.

Onu da bildirək ki, İ.Maskın Trampdan müsahibə götürməsi və o müsahibəni yayımlaması Avropa Birliyini çox narahat edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, müsahibədən öncə AB-nin informasiya üzrə komissarı Thierry Breton İlon Maska məktib yazıb və xəbərdarlıq edib ki, Trampın müsahibəsinə senzura tətbiq eləsin, yoxsa “X” platformasını cərimələyəcəklər.

Türkiyə mətbuatı yazır: “Avropa Birliyindən Donald Trampı dəstəklədiyini bəyan edən və “X”-də müsahibə alacağını bildirən İlon Maska sərt xəbərdarlıq gəldi. Mask bu qaydanı pozarsa, hüquqi nəticələrlə üzləşəcək.

Avropa Birliyi ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampla müsahibə alacağını bildirən “X” platformasının sahibi İlon Maska məktub göndərib və bir sıra xəbərdarlıqları sadalayıb. AB Maskı hədələyib ki, “dezinformasiya” adlandırdıqları məlumatların yayılmasının qarşısını almasa, hüquqi nəticələrlə üzləşəcək və ondan senzuraya keçməsini istəyib. Mask qaydalara əməl etməsə, cinayət cəzasına məruz qalacaq”.

“Donald Trampla yayımladığınız yayımda “dezinformasiya” olarsa, hüquqi tədbirlər görəcəyik”, – AB-nın məktubda deyilir. 

Məlum olduğu kimi, dünyanın ən zəngin adamı olan Mask 2020-ci il seçkilərində Demokratik prezident Co Baydeni dəstəkləyib, lakin o, bundan sonra sağ tərəfə keçib və Trampa sui-qəsd cəhdindən sonra Respublikaçılara dəstəyini açıqlayıb.

Bildirilir ki, Tramp yenidən “X”ə qayıdır. Trampın @realDonaldTrump hesabına girişi 6 yanvar 2021-ci ildə tərəfdarlarının Konqresə hücumundan sonra platformanın əvvəlki sahibləri tərəfindən dayandırılıb. Mask “X”-i satın aldıqdan bir ay sonra giriş bərpa edilib.

Tramp tez-tez 2022-ci ilin fevralında istifadəyə verdiyi Truth Sosial sosial media platformasında paylaşımlar edir.

AB komissarının Maska xəbərdarlıq məktubu göndərməsi bir sıra ilginc məqamlardan xəbər verir. Bəzi ekspertlərə görə, AB-nın bu sərt reaksiyası Maska yox, birbaşa Trampın özünə yönəlib və AB rəsmiləri onun prezident seçilməsini qətiyyən istəmirlər. Səbəb isə odur ki, Tramp keçən prezidentliyi dövründə bu təşkilatla qətiyyən hesablaşmayıb, onların siyasətlərinə uyğun addım atmayıb. Digər tərəfdən də, Respublikaçıların hakimiyyətə gəlməsi Fransa və digər AB ölkələrinə qətiyyən sərf etmir, çünki onun mövqeyi onların mövqeyindən köklü surətdə fərqlənir. 

Yadınıza gəlirsə, bir müddət əvvəl Mask açıqlama yaymışdı ki, Avropa Komissiyası sosial şəbəkə platformalarının rəhbərləri ilə gizli sövdələşməyə gedib və onlar qarşısına müəyyən şərtlər qoyub, onlar o şərtlərə əməl edərsə sosial şəbəkələrinə heç bir halda blok qoyulmayacaq, senzura tətbiq edilməyəcək. Mask bildirirdi ki, “X” rəhbəri kimi ondan başqa digər sosial şəbəkə platformaları sahibləri Avropa Birliyi, Avropa Komissiyası ilə sövdələşib, qurumun şərtlərini qəbul edib. Şərtlərdən biri də Fransa siyasətini tənqid edən yazılara anındaca blok qoyulması, dərhal silinməsi ilə bağlı olub. Biz bunu “Bakı-Xəbər” olaraq öz fəaliyyətimizdə hiss etmişik. Məlumdur ki, Fransa ilə bağlı yayımladığımız yazılar Facebook tərəfdən dərhal silinib. 

Bütün bunlardan sonra Maskın açıqlaması, səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, bəli, Avropa Birliyi, özünü “demokratik” kimi qələmə verən Qərb əslində söz azadlığının bir nömrəli düşmənidir. AB-nın İlon Maska təzyiq etməsi və Trampdan götürdüyü müsahibəyə qarşı çıxması əslində o qurumun hansı məqsədə xidmət etdiyini göstərir. Əgər demokratiya və söz azadlığı AB-da qorunursa, bu əsas götürülürsə, onda nə üçün Maska təzyiqlərini artır, onun qarşısına tələb qoyur, senzura ilə hədələyir? Demək, AB-nın özündə demokratik fikrə, söz azadlığına, bərabərliyə, sağlam siyasi mübarizəyə heç bir münbit şərait yoxdur, bu qurum bu nəsnələrdən başqa ölkələrə təzyiq vasitəsi olaraq istifadə edir. Yəni onu əlində bir alət kimi tutur, lazım gələndə işə salır. 

“Bu onların əsl simasının göstəricilərindən biridir” 

Tanınmış jurnalist, ictimai fəal Çingiz Özgür “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AB-nın Maska təzyiq göstərməsini təbii qarşılayır. O hesab edir ki, bu, AB-nın əsl siyasətinin göstəricisidir. “Əslində, AB-nın bu məktubu birbaşaTrampa qarşıdır. AB-nın hədəfi İlon Maskın Trampdan götürdüyü müsahibənin yayımlanmaması idi. Maskın Trampa mövqeyi açıq şəkildə bəllidir. Müsahibəni də Mask götürübsə, AB bunun yayımlanmağını istəmirsə, demək bu, Trampın xeyrinə olan müsahibədir.  Ola bilər ki, onlar Trampın seçilməsini istəmirlər, amma bu, ABŞ-ın daxili işidir. AB burada göstərir ki, başqa ölkələri digər dövlətlərin işinə qarışmamağa çağıra-çağıra başqa dövlətlərin işinə ən çox özləri qarışırlar. Bu onların əsl simasının göstəricilərindən biridir”. 

Ç.Özgür bildirdi ki, biz zaman-zaman ölkəmizə münasibətdə Qərb qurumlarının mənfi münasibətini görmüşük və bu baxımdan da, AB-nin Trampın müsahibəsinə senzura qoyacağı barədə xəbərdarlığı bizə təəccüblü gəlmir. “Biz ən çox ayrıseçkiliyə məruz qalan   ölkəyik və dəfələrlə görmüşük ki, onlar insanları zülmə, ayrıseçkiliyə, disskriminasiyaya məruz qoyurlar, amma bizdən insan haqlarına, söz azadlığına riayət etməyi tələb edirlər. Əslində isə ən çox qanunları onlar pozur. 

AB-nin Maska qarşı təzyiqi, irəli sürdüyü tələb açıq faktdır. Bu onu göstərir ki, demək, indiyə qədər belə şeylər pərdə altında çox olub. Onlar görünür, gizli şəkildə İlon Maska çox təzyiqlər ediblər, təkliflər irəli sürüblər, bu alınmayanda isə açıq hücuma keçiblər. İndi isə bu təzyiqi açıq müstəvidə göstərdilər. Bizim nələrsə gözlədiyimiz Avropada, Qərbdə özünə gələndə, çomağın o biri ucunu çeviriblər. Bu səbəbdən də, arzu edirəm, dövlətimiz o qədər qüdrətli, güclü olsun ki, onların fikirləri, tələbləri bizim üçün maraqlı da olmasın...Bizdən nələrsə tələb edən təşkilatların özlərinin məsuliyyətsiz hərəkətləri göz qabağındadır”-deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
9
baki-xeber.com

10Источники