RU

"Real Madrid"in futbolçusu "Valyadolid"ə keçib

İspaniyanın “Real Madrid” kollektivinin hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.

23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub. O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.

Избранный
20
9
cbcsport.az

10Источники