RU

Laçında 1 milyonluq layihə: evlər günəş panelləri ilə təchiz ediləcək

Laçın rayonunun Bəylik yaşayış məntəqəsində evlər və sosial obyektlər alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz ediləcək.

İqtisadiyyat.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara başlayıb.

Fond evlərin və sosial obyektlərin alternativ enerji mənbələri (günəş panelləri) ilə təchiz edilməsi işlərini "HELİND ENERJİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib.

Bu təchizat işləri ilə bağlı şirkətlə Fond arasında dəyəri 913.945,16 manat olan müqavilə bağlanılıb.

Qeyd edək ki, Laçın rayonunun Bəylik kəndində bərpa və quruculuq işləri sürətlə davam etdirilir.

Избранный
36
1
hit.az

3Источники