AZ

İngiltərə klubu tarixinin ən bahalı transferini gerçəkləşdirib

İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Lids"in hücumçusu Jorjinyo Ryutter transfer olunub. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Bu keçid üçün "Brayton" qarşı tərəfə 46,7 milyon avro ödəyib. Bu isə klub tarixində yeni rekorddur.

Qeyd edək ki, J.Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
4
5
operativmm.az

10Mənbələr