AZ

İngiltərə klubu tarixinin ən bahalı transferini reallaşdırdı - RƏSMİ

"Brayton" heyətinə yeni futbolçu cəlb edib.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, sözügedən klub "Lids"in hücumçusu Jorjinyo Ryutteri heyətə qatıb. 

Məlumatı "qağayılar"ın mətbuat xidməti yayıb. 

Ryutter müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. "Brayton" 22 yaşlı forvardın transferi üçün qarşı tərəfə 46,7 milyon avro ödəyib ki, bu da klub tarixində yeni rekorddur.

Qeyd edək ki, Ryutter ötən mövsüm 51 oyunda 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.


Seçilən
6
10
news24.az

10Mənbələr